08.09.2025, 22:59
AZ EN
08.09.2025, 18:13 195

“Dəmir Yumruq” İctimai Birliyi Kürdəxanıda şəhid ailələri ilə görüş keçirib

XƏBƏRLƏR
  • “Dəmir Yumruq” Vətən Muharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin Sabuncu rayon filialı Kurdəxani qəsəbəsində 810 məcburi köckun ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində şəhid ailələri ilə görus kecirib.

Filialin sədri – şəhid ailəsinin üzvü və II qrup milli munaqisə əlili Lutfiyyə Qacay qızı Baxsəliyeva görüşə dəvət olunmuş şəhid ailələri ilə sohbət edib, onlarin problemləri ilə maraqlanıb.

“Dəmir Yumruq” İctimai Birliyin sədri Əbil Zeynalov tədbirdə cixis edərək möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini, onların sosial müdafiəsi üçün genişmiqyaslı tədbirlər gördüyünü bildirib.

Görüşdə şəhid ailələrinin üzvləri öz yaşayış şəraitləri barədə danışıb, onlara göstərilən dövlət qayğısından razılıq ediblər.

Göruş iştirakçıları tədbir üçün yaradılan şəraitə görə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər