22.11.2024, 02:19
AZ EN
09.10.2022, 17:35 165

Son sutkada 67 nəfər koronavirusa yoluxub

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 780, bu günə qədər isə ümumilikdə 7 273 091 test icra olunub.

Son gündə koronavirus əleyhinə vurulan vaksinin sayı 723 olub.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 898 187 təşkil edir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR