21.09.2024, 16:42
AZ EN
25.05.2023, 17:24 306

Qəhrəman olmaq imandandır

XƏBƏRLƏR

Vətən müharibəsinin qəhrəmanlarından biri də Anar Qəzənfər oğlu Bəşirovdur. Anar 20 avqust 1988-ci ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olmuşdur. Ağdamın işğalı ilə əlaqədar olaraq orta təhsilini Ağdam 114 saylı köçkün məktəbində almışdır. Həqiqi hərbi xidmətə çağırılmış A.Bəşirov Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmişdir. 13 oktyabr 2020 ci ildə Suqovuşanda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Ailəlidir, ikinci dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər