20.10.2024, 07:50
AZ EN
20.02.2023, 14:11 205

Qazi məqamına yüksələn igid

XƏBƏRLƏR

Erməni işğalı ilə əlaqədar öz doğma yurd-yuvasından didərgin düşən igid oğullarımızdan biri də Zabit Kamal oğlu Yusiflidir. O, əslən Kəlbəcər rayonundan olsa da məcburi köçkünlüklə bağlı 14 iyun 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuşdur. Sonradan onlar Gəncə şəhərində məskunlaşmışlar. Zabit burada fəaliyyət göstərən Kəlbəcər rayon 8 saylı tam orta məktəbinə daxil olub, tam orta təhsilini başa vurmuşdur, orta təhsillidir. O, 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, komandirlərinin bütün tapşırıqlarını böyük məsuliyyət hissi ilə yerinə yetirmişdir. Ordudan tərxis olunandan sonra müxtəlif yerlərdə işləmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qoşulan Z.Yusifli Quru Qoşunlarının tərkibində Suqovuşan istiqamətində döyüşüb. Tərtər, Talış kəndi uğrunda gedən döyüşlərdə igidlik göstərərək düşmənə ağır zərbələr vurmuşdur. O, Suqovuşan uğrunda gedən döyüşdə yaralanmışdır, 3-cü dərəcəli əlildir. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər