31.07.2025, 05:10
AZ EN
30.07.2025, 07:40 211

Keçmiş məcburi köçkün: Körpələr Cəbrayılda xoşbəxt yaşayacaq

XƏBƏRLƏR
  • “Körpələr Cəbrayılda xoşbəxt yaşayacaq”.

Bu sözləri bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Səkinə Aslanova deyib.

“Bu gün çox xoşbəxtəm və ən gözəl hisslər keçirirəm. İllər sonra vətən həsrəti bitir. Cəbrayılda rahat və sevincli günlər yaşamaq istəyirəm. Allah bütün keçmiş məcburi köçkünlərə öz doğma yurdlarına qayıtmağı nəsib eləsin. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 44 ailə (166 nəfər) öz doğma yurduna köçürülür. (Report)

Oxşar xəbərlər