26.10.2025, 02:30
AZ EN
19.10.2025, 16:46 43

Millət vəkili cəbrayıllı sakinlərlə görüşüb

XƏBƏRLƏR
  • Milli Məclisin deputatı Ceyhun Məmmədov Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində olub, 4 saylı Cəbrayıl qəsəbə klubunda  sakinlərlə növbəti qəbul keçirib.

Vətəndaşları ümumi qəbul edən deputat hər bir sakinlə səmimi söhbətlər aparıb, onların düşüncələrini, qayğılarını və təkliflərini diqqətlə dinləyib.
Qaldırılan məsələlərin araşdırılması və həlli üçün qeydiyyat aparılıb. Hər bir müraciətə ayrı-ayrılıqda baxaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağı sakinlərin diqqətinə çatdırılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər