26.07.2025, 08:06
AZ EN
25.07.2025, 07:50 187

Ağdam sakini: Sevincimin həddi-hüdudu yoxdur

XƏBƏRLƏR
  • Sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Ən xoşbəxt günümdür deyərdim. Atam artıq 88 yaşındadır. Onu da yurd yerinə aparmaq mənim üçün ikiqat sevinclidir. Bu səadəti bizə yaşadan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Akif Məmmədov deyib.

O, həmçinin Vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman şəhidlərimizi rəhmətlə yad edib, qazilərimizə şəfa və uzun ömür arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər