Elm və Təhsil Nazirliyindən bildirilib ki, yarışdan öncə “Bir Könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Ramin Həbibzadə çıxış ediblər. Yarış iştirakçılarına “Qayıdış” konsepsiyası haqqında məlumat verilib, onların sualları cavablandırılıb.
“Qərbi Azərbaycana qayıdış” mövzusunda yarışda Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrindən ümumilikdə 110 şagird olmaqla 21 komanda mübarizə aparıb.
Yüksək rəqabət mühitində davam edən yarışın yekununda “RİF BRAİN”, “Xarıbülbül” və “Kəvakib” komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüb. (AZƏRTAC)