Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Əməyin Mühafizəsi Mərkəzi həmin ərazilərdə fəaliyyətgöstərən müəssisələrdə dövlət dəstəyi çərçivəsindəmaarifləndirmə tədbirləri həyata keçirir.
"2025-ci ilin ilk 5 ayında bu bölgələrdə 15 tədbir təşkil olunub. “DOST Müfəttiş” və “Nümunəvi işəgötürən” layihələri əməkbazarında hüquqi biliklərin artırılmasına və sağlam əməkmühitinin formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüslərbeynəlxalq səviyyədə tanınır və mükafatlara layiq görülüb. Son illərdə ölkədə, xüsusilə gənclər arasında könüllülük hərəkatının genişlənməsi sosial məsuliyyətin və vətəndaşfəallığının artdığını göstərir. Könüllü fəaliyyət gənclərin sosialhəyata cəlb olunması, əmək bacarıqlarının inkişafı vəvətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmlidir" .
"Bu gün DOST Agentliyi də daxil olmaqla bir çox dövlət və ictimaiqurumlar fəal könüllü proqramları həyata keçirir. Bu təşəbbüslər cəmiyyətin müxtəlif yaş qruplarını əhatə etməklə daha geniş və inklüziv könüllülük mühiti yaradır. “Könüllü DOST” proqramı sosial sahədə könüllülüyün işafında aparıcı rol oynayır. Proqramın yerli və beynəlxalq uğurları könüllülük fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Bu günün könüllüsü sabahın peşəkar işçisidir. Əmək hüquqları iləbağlı maarifləndirmə təşəbbüsləri gənclərin əmək bazarınahazırlığına və hüquqi biliklərinin artmasına mühüm töhfə verir. DƏMX və DOST Agentliyinin birgə təşkil etdiyi “Əməkhüquqları” təlim proqramı gənclərin əmək qanunvericiliyi biliklərini artırmaqla yanaşı, onları real iş mühitinə hazırlaşdırır. Artıq ikinci dəfə keçirilən “DOST to DOST” layihəsi çərçivəsində gənclər əmək münasibətləri, əməyin mühafizəsi və müasir işmühiti ilə bağlı biliklərini genişləndirirlər. Layihə nəzəri biliklərinpraktiki bacarıqlarla birləşdirilməsinə və gənclərin ictimaifəallığının artmasına xidmət edir"- deyə xidmət rəisi əlavə edib. (Trend)