Bu fikirləri bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən 13 yaşlı sakin Zeynəb Abbasova deyib.
Zeynəb qeyd edib ki, Kəngərlidə yaşamağa və burada təhsil almağa hazırlaşır: “İlk gündən bəri həyəcanlıyam. Burada oxuyacağam, dostlarım olacaq, müəllimlərim olacaq. Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm”.
O bildirib ki, bu gün ailəsi ilə birlikdə doğma yurda qovuşmaq onun üçün unudulmazdır: “Əvvəllər yalnız şəkillərdə, videolarda görürdüm. Çox sevinirəm ki, mən də Vətənə qayıdanlardan biriyəm”. (AZƏRTAC)