Bu barədə ARTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, final mərhələdə 36 nəfər məktəbli iştirak hüququ əldə edib.
İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.
IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.
Hazırladı: Mina RƏŞİD