18.04.2025, 04:11
AZ EN
09.04.2025, 13:52 384

Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir

XƏBƏRLƏR
  • İşğaldan azad edilən Suqovuşan kəndinə bu gün köçən Rafiq Paşayev gördüklərinin ona yuxu kimi gəldiyini deyib.

Suqovuşan sakini qeyd edib ki, doğma yurda belə tez dönəcəyini təsəvvür etməyib.

"Bir ağdərəli olaraq bugünkü anları yaşadığımız üçün şəhidlərimizi hörmətlə anır, Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Kəndimizin işğalından sonra Ağdam rayonunun Qızılı Kəngərli kəndində məskunlaşdıq. Bir ilə yaxın burada yaşadıqdan sonra Ağcabədi rayonuna, daha sonra isə İsmayıllı rayonuna köçdük. Orada da bir müddət yaşadıqdan sonra yenidən Ağcabədi rayonunda məskunlaşdıq. Uzun illər orada yaşadıq. Amma doğma yurdumuza dönəcəyimiz günlərin belə tez olacağını təsəvvür etməzdim. İndi bizə yaradılan müasir və gözəl şəraitdə yaşayacağıq", - deyə R.Paşayev bildirib.

Qeyd edək ki, Suqovuşan kəndinə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülüb. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR