09.06.2025, 14:26
AZ EN
04.04.2025, 18:04 148

Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb

XƏBƏRLƏR
  • Sumqayıt şəhər şəhidlər xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 9-cu ildönümü məzarı başında qeyd edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, millət vəkili Elman Məmmədov, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər