Fonddan bildiriblər ki, BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı Jon Ayomidenin və qurumun xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdikləri səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, “Münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək. Tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan, Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq. (AZƏRTAC)