15.03.2025, 01:31
AZ EN
14.03.2025, 17:22 125

Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam

XƏBƏRLƏR
  • Bu gün fəxrlə doğma yurduma qayıtmışam. Prezidentimizin, Ordumuzun sayəsində bu günləri görmək bizə nəsib oldu.

Bu sözləri Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Niyazi Muradov deyib.

“23 yaşımda tərk etdiyim torpaqlara bu gün 56 yaşımda oğlum və həyat yoldaşımla qayıdıram. Köçkünlükdə atamı, anamı, qardaşımı itirdim. Lakin bu gün çox sevinirəm ki, bir zaman itirdiyimiz doğma torpaqlara qovuşa bilmişəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Ballıca kəndində 24 ailə olmaqla, 98 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR