Bu fikirləri Füzuli sakini Sürəyya Abbasova səsləndirib.
Dövlətimizə qayıdış sevincini yaşatdığı üçün minnətdarlığını bildirən Füzuli sakini deyib: “Tanrı dövlətimizi, ordumuzu, Prezidentimizi qorusun.
Mən əşyalarımı Füzuli alınan gündən hazırlamışam. Bu illər ərzində Dərnəgüldəki yataqxanada məskunlaşmışdıq. İndi şükürlər olsun ki, öz evimiz var. Dövlətimizin diqqət və qayğısı ilə hər şeyi yenidən quracağıq, Füzulini cənnətə çevirəcəyik".
Üç övladı olduğunu deyən Füzuli sakini oğlunun onunla birlikdə getdiyini, qızının üçüncü mərhələdə gedəcəyini diqqətə çatdırıb. (AZƏRTAC)