18.10.2024, 14:21
AZ EN
23.10.2023, 09:07 264

Bu gün şəhid İbrahimin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid əsgər İbrahim Nəcəfqulu oğlu Əliyevin doğum günüdür.

O, 1993-cü il oktyabrın 23-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə 9 illik təhsil alıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və  Ağdamda N saylı hərbi hissədə ön xətdə Vətənə xidmət edib. O, 2003-cü ildə atasını, 2020-ci ildə anasını itirib.

İbrahim Əliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsinə könüllü olaraq yollanıb. O, Füzuli, Cəbrayıl və Zəngilan  istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

Oktyabrın 26-da Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla doğulduğu Buzovna qəsəbəsində torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən İbrahim Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarən nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər