Bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Mobil Rəşad oğlu Quliyev deyib.
O qeyd edib ki, Şuşaya qayıdanda ən birinci şəhidlərin məzarlarını ziyarət edəcək:
"Ən böyük arzumuz Şuşamıza qovuşmaq idi, çox şükür ki, arzumuza çatdıq.
Bu illər ərzində Məhəmmədi qəsəbəsində fərdi evdə köçkünlük həyatı yaşamışıq. Amma bu gündən etibarən bizim üzərimizdən köçkün adı götürülür. Şuşaya çatan kimi birinci Şəhidlər xiyabanını ziyarət edəcəyəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!". (Report)