14.03.2025, 20:04
AZ EN
14.03.2025, 08:07 12

Xocavənd sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Beyləqan rayonunda yerləşən 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək qeyd edib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə düşmənə qarşı keçirilmiş döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Eyvaz Hüseynov tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd etdi. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Eyvaz Hüseynov qeyd edib ki, Ali Baş Komandan Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib. Başçı həmçinin bildirib ki, ötən müddət ərzində 10 minə yaxın keçmiş məcburi köçkün işğaldan azad olmuş ərazilərə qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Hal-hazırda isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Eyvaz Hüseynov diqqətə çatdırıb ki, bu il də Qarabağ və Şərqi Zəngəzur bölgəsinə əhalinin köçürülməsi davam etdiriləcəkdir. Xocavənd rayon sakinlərinin də yaxın gələcəkdə işğaldan azad olunmuş torpalara köçürüləcəyini qeyd edən başçı bu prosesin getdikcə intensivləşəcəyinə əminliyini bildirib.

Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildiriblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər