Tədbirdə əvvəlcə Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıldı. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində faciənin tarixindən bəhs edildi.
Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsini əks etdirən kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olundu.
Hazırladı: Mina RƏŞİD