23.11.2024, 05:13
AZ EN
22.11.2022, 08:10 293

Ağdama qayıdıb orada yaşamaq ən böyük arzusudur

XƏBƏRLƏR
  • Azərbaycanın Silahlı Qüvvələrinin parlaq qələbəsi nəticəsində bir güllə belə atılmadan 2020-ci il noyabrın 20-də Ağdam düşmən tapdağından azad olundu...

İnsan üçün ən böyük, müqəddəs  dəyərlərdən biri də insanın öz evinə, yurduna, torpağına bağlı olmasıdır. Yağı düşmən bizi 30 il bu bu dəyərlərdən mərhum etdi. O vaxt hamı ayrılığın müvəqqəti olduğuna inanırdı, heç kimin ağlına gəlmirdi ki, 30 il Vətən, doğma od-ocaq həsrətiylə yaşayacaqlar.

Ömrünün 43 ilini Ağdam şəhərində yaşayan Sevda Abbasova evinin acarını Ağdam işğaldan azad olunana qədər göz- bəbəyi kimi qoruyub saxlamışdı. Sevda nənə həm də Ağdamda çəkdirdikləri ailəvi şəkillərini əziz xatirə kimi saxlayıb. Vətənin ətrini bu şəkillərdən alan, şəkillərə baxdıqca o illərə qayıdan Sevda Abbasova deyir ki, kənddən ən axırıncı bizim ailəmiz çıxmışdı. Kənddən çıxanda isə özümlə heç nə götürmədim, çünki iki-üç günə qayıdacağımızı düşünürdüm. Amma düz 20 il evimizin acarlarını saxladım və əlavə edir ki, bizim evlərin qapısı həmişə açıq olub, acarları vardı, amma bağlamamışıq. 3 dəmir darvazamız vardı, yoldaşım onları içəridən bağladı, qıfıl vurdu üçünə də, dedi ki, çöldən bilməsinlər burda yaşayan yoxdur. Hardan biləydik ki, yağı düşmən pusquda dayanıb, biz çıxan kimi varımızı-yoxumuzu talan edəcək... “Evin acarlarını saxlamışdım, Ağdam işğaldan azad olunandan sonra televizorda Ağdamı göstərdilər, baxdıq ki, ev-eşikdən əsər-əlamət yoxdur, bünövrəsi qalıb ancaq, bəzilərində heç bünövrə də qalmayıb. Bağ-bağatlarımız hamısı, hər şey qalan olub. Ondan sonra acarları atdım, dedim ki, bu indi mənə göz dağıdı”. 

Sevda Abbasovanın həyat yoldaşı da köçkünlüyə dözə bilməyərək dünyasını dəyişib. Qardaşı Şiraz Allahverdiyev isə Ağdamın işğalı zamanı itkin düşüb. Bütün bu ağrı-acılara rəğmən Sevda nənənin üzünü güldürən, yaşamağa həvəsləndirən tək bir səbəb var: doğma Ağdama qayıdıb ömrünün sonrakı günlərini ord yaşamaq...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər