Bunu bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Hüseynov Nürəddin deyib.
Onun sözlərinə görə, Cəbrayılı görmək arzusu ilə doğmaları həyatdan köçüblər: “Şükürlər olsun ki, torpaqlarımız düşmən işğalından azad edilib. Hazırda isə həmin ərazilərdə təmir-bərpa və quruculuq işləri görülür, keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdırlar”.
Keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. (Report)