Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Virtual sərgi ilə linkə keçid etməklə tanış olmaq mümkündür.
Sərgidə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Qeyd edək ki, 1852-ci il sentyabrın 6-da Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır. (AZƏRTAC)