12.03.2025, 17:16
AZ EN
12.03.2025, 10:32 205

Tuğ kənd 1 saylı tam orta məktəbdə diskussiya keçirilib

XƏBƏRLƏR
  • “Milli-mənəvi dəyərlərin, o cümlədən ailə dəyərlərinin qorunub saxlanılmasının əhəmiyyəti” mövzusunda diskussiya keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Tuğ kənd 1 saylı tam orta məktəbdə“Milli-mənəvi dəyərlərin, o cümlədən ailə dəyərlərinin qorunub saxlanılmasının əhəmiyyəti”mövzusunda diskussiya keçirilib. Diskussiyada gənclərin milli-mənəvi və eyni zamanda ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsinin əhəmiyyətindən, Azərbaycan cəmiyyətində ailənin xüsusi çəkisi, insanın kamil bir vətəndaş kimi yetişməsində, cəmiyyətin intellektual səviyyədə formalaşmasında ailənin misilsiz rolundan bəhs edən çıxışlar səslənib, qarşılıqlı müzakirələr aparılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər