10.06.2025, 01:15
AZ EN
17.02.2025, 14:48 262

Keçmiş döyüşçülər Gəncədə anım mərasimi keçirib

XƏBƏRLƏR
  • Fevralın 15-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon  şöbəsi və Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində  "Kəlbəcər batalyonu" şəhidlərinin anım günü keçirilib.

"Vətən səsi" xəbər verir ki, anım mərasimində keçmiş döyüşçülər və onların komandirləri, şəhid ailələrinin üzvləri iştirak edib. Yığıncaqda  həmin taborun yaradılması və onun döyüş yolları haqqında danışılıb, həmçinin döyüşlərdə həlak olmuş şəhidlər haqqında geniş xatirələr yada salınıb. Qeyd edilib ki,  "Kəlbəcər batalyonu"  1991-ci ilin oktyabrında yaradılıb. Sonradan  809 saylı "Əlahiddə batalyon" adlanan özünümüdafiə taboru iki ildən artıq Kəlbəcərin müdafiəsini təşkil edib.  1992 ildə Laçının işğalından sonra 701 saylı hərbi hissənin tərkibində 712 saylı tabor ("Kəlbəcır Batalyonu"), sonra isə "Üçüncü tabor" adı altında Kəlbəcər, Ağdərə, Laçın, Murovdağ, Füzuli, Ağdam, Tərtər uğrunda gedən döyüşlərdə iştirak edərək  şərəfli döyüş yolu keçib.

Anım mərasimində tədbir iştirakçılarına taborun döyüş yolu haqqında ehtiyatda olan zabit döyüşçülər - Akif Kamalın  "Kəlbəcər batalyonu və əfsanəvi alay" və Balay Nəsibovun "Murovda qalan izlər"  kitabları hədiyyə edilib. 

Tədbirin sonunda "Kəlbəcər batalyonu"  şəhidlərinin anım gününün hər il fevralın 15-də keçirilməsi qərara alınıb. Eyni zamanda bu istiqamətdə dövlət icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət məsələlərinin önəmi qeyd olunub. 

Elxan SALAHOV

Oxşar xəbərlər