03.02.2025, 19:47
AZ EN
03.02.2025, 17:00 73

Vaqif Həsənov Bərdə rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bərdə rayonunda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş 588 saylı köçkün qəsəbəsində səyyar qəbul-görüşü keçirilib.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Qəbulda çıxış edən icra başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Vaqif Həsənov Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər