05.02.2025, 18:56
AZ EN
18.01.2025, 11:16 155

Cəbrayıl sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulunu Saatlı rayonu, Nərimankənd köçkün qəsəbəsində fəaliyyət göstərən rayonun 2 saylı tam orta məktəbində keçirib.

Aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinlərinin iştirak etdiyi görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən söhbət açılıb. Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Vaxt tələb edən məsələlərlə bağlı müraciətlər qeydiyyata götürülərək, müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

G.Quliyeva

Oxşar xəbərlər