Trend xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu il xalq olaraq Azərbaycanın ərazi hüdudlarının bərpa olunmasında son nöqtəni Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaldaraq qoydu.
“Böyük Qayıdış prosesi sürətlə davam etdirilir. Bu tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin üzərinə düşən vacib vəzifədir. Mürəkkəblə yox, qanla yazılan yeni salnaməmiz, Azərbaycanın dünyaya açıq siyasəti bugünkü aparıcı istiqamətlərdən olmalıdır”, - deyə Hafiz Paşayev qeyd edib. (Trend)