Bu sözləri açıqlamasında "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov söyləyib.
QHT sədrinin sözlərinə görə, filmdə tarixi sənədlərə, araşdırma materiallarına əsasən, ermənilərin etirafına da yer verilib. Belə ki, onlar İrəvanın müsəlmanlara, türklərə aid şəhər olması, orada neçə məscidin və karvansaranın yerləşməsi barədə də danışırlar.
"Sənədli filmin təqdimatından sonra Ermənistan tərəfindən çox kəskin reaksiya verildi, geniş müzakirələrə səbəb oldu. Lakin artıq gec idi, çünki faktlar əlimizdə idi. Həm də bu, ermənilərin etirafından bəhs edən 4-cü filmimiz idi”, - deyə T. Qasımov əlavə edib. (AZƏRTAC)