30.04.2024, 05:51
AZ EN
07.09.2022, 10:00 372

Fazil Səlimov: Bu gün uzun illərdir gözlədiyimiz an yetişdi, biz Ağalıya qayıdırıq

XƏBƏRLƏR
  • Biz 1993-cü ildən məcburi köçkünlük həyatı yaşayırıq. Allaha şükürlər olsun ki, bu gün doğma yurdumuza qayıdırıq. Dövlətimizə təşəkkür edirik ki, bizim Ağalıya köçməyimiz üçün şəriət yaradır.

Bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Fazil Səlimov söyləyib.

29 ildir doğulduğu yerdən kənarda yaşadığını bildirən Fazil Səlimov deyib:" Bu illər ərzində çox çətinliklərlə üzləşdik. Problemlərə baxmayaraq, bu gün uzun illərdir gözlədiyimiz an yetişdi, biz Ağalıya qayıdırıq".

"Torpaqların azad olunmasında canından keçmiş qəhrəman Vətən övladlarına rəhmət diləyirəm. Allah Prezidentimizi, Ordumuzu qorusun",- deyən F.Səlimov fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər