Tədbirdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Tədbirlər Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub. Qeyd olunmuşdur ki, Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə 31 may 2007-ci il tarixdə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun qüvvəyə minməsi barədə Prezidentin 16 avqust 2007-ci il 614 nömrəli Fərmanı verilmişdir. Qanun 24 maddədən ibarət olmaqla bütövlükdə Dövlət qulluğunda çalışan dövlət qulluqçularının fəaliyyət istiqamətini və bununla bağlı yaranmış məsulliyyətləri özündə əks etdirir.
Azərbaycan Respublikası Prezidentinin“ Dövlət Qulluğu haqqında” qanunun, “Dövlət qulluqçqlarının etik davranış qaydaları”nın, bununla bağlı Fərman və Sərəncamlarının tələblərini rəhbər tutaraq rayonun icra strukturlarında, ikili tabeli idarə, müəssisə və təşkilatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa daim əməl edilməsi diqqət mərkəzində saxlanılmış bununla bağlı 2024-cü ildə də müntəzəm iş aparılmışdır.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir. Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən Vüsalə Fətəliyeva bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək, etik davranış normaları ilə əlaqədar daxil olan şikayətlərə baxılması, lazım gəldikdə intizam tədbirlərinin tətbiq olunması daim diqqət mərkəzində saxlanılacaqdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər və intizam tədbirləri barədə 2024-cü ilə dair hesabat Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.
Hazırladı: Mina RƏŞİD