Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı-snayper Samir Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Muradov oktyabrın 22-də Xocavənd rayonu uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Muradov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları və “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim.
Mina RƏŞİD