16.12.2024, 03:30
AZ EN
29.07.2024, 17:22 177

Cəbrayılda “Yaşıl dağ” ekoloji sosial aksiyası keçirilir

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının 4.8-ci bəndinə uyğun olaraq kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə, ekoloji balansın saxlanılmasına nail olmaq məqsədilə tədbir keçirilib.

“Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində 2 tona yaxın istifadə olunmuş kağız tullantıları toplanaraq Salyan Regional “Asan Xidmət” mərkəzinə təhvil verilmişdir.

Mina RƏŞİD

Oxşar xəbərlər