Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır. (APA)