12.03.2025, 20:05
AZ EN
29.12.2024, 12:03 277

Murad İsgəndərov Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Enerji Konfransında iştirak edib

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekan müavini, dosent Murad İsgəndərov Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Enerji Konfransında iştirak edib.

Murad İsgəndərov konfransın sessiyalarında enerji mövzusu üzrə məruzə ilə çıxış edib. M.İsgəndərovun yenilənəbilən enerji resursları və onlardan istifadə imkanları barədəki çıxışları diqqətlə dinlənilib və maraqla qarşılanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində KAPSARC (King Abdullah Petroleum Studies and Research Center) elmi-tədqiqat mərkəzi tərəfindən təşkil olunan konfransa dünyanın müxtəlif tədqiqat mərkəzləri və universitetlərinin nümayəndələri qatılıblar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər