22.11.2024, 12:50
AZ EN
21.06.2024, 18:56 192

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

XƏBƏRLƏR
  • Azərbaycan Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsini xüsusi diqqətdə saxlayır. Bu, dövlətimizin xarici siyasətində prioritet məsələlərdən biridir.

Bu fikirləri Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə müsahibəsində səsləndirib.

Ölkələrimizin, xalqlarımızın yaxın əlaqələrinin olduğunu deyən E.Quliyev Ələt Azad İqtisadi Zonası vasitəsilə Azərbaycan ilə Qazaxıstan arasında yükdaşımaların uğurla həyata keçirildiyini qeyd edib. “Ortaq dəyərlərə malik xalqlarımızın milli-mənəvi dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində də əlaqələrin genişləndirilməsi çox vacibdir”, - deyən E.Quliyev Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərin davam etdiriləcəyini də diqqətə çatdırıb. (AZERTAC)

Oxşar xəbərlər