Zəfər Günü Bakıda Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq olacaq
XƏBƏRLƏR
Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.
Belə ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır. Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 20.00-da isə atəşfəşanlığın olacağı bildirilib. (APA)