"Vətən səsi" xəbər verir ki, adı çəkilən mətəblərin açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri də iştirak edəcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, bu il Şuşada 200-ə, Xankəndidə isə 300-ə yaxın şagird təhsil alacaq. Onun sözlərinə görə, artıq doğma yurduna köçmüş şahirdlərin məktəblərə qəbulu prosesi başa çatıb və onlar yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə yenidən qurulmuş məktəblərdə oxuyacaqlar.
Elxan SALAHOV