Kənd sakini İsa Mahmudov bildirib ki, bu gün tarixi gündür.
"Biz uzun illər həsrətdən sonra öz el-obamıza qayıtmışıq. Biz 30 il idi ki, həsrətlə yaşayırdıq. Vətən Müharibəsindəki qələbəmiz bizi necə sevindirmişdisə, bu gün də Ağalı kəndinə qayıtmağımız bizi o qədər sevindirir. Dövlətimiz tez bir müddətdə kəndimizi müasir şəkildə yenidən inşa etdi. İndi biz yüksək şəraitdə yaşayacağıq. Çox sevinirik, dövlətimizdən, Prezident İlham Əliyevdən çox razıyıq.
Bu kənddən çıxanda mənim 18 yaşım var idi. İndi ailəmlə birgə qayıtmışam öz vətənimə, öz elimə, obama. Bundan gözəl hiss ola bilməz, həyatımda ən gözəl hisləri yaşayıram", - deyə o bildirib. (Trend)