03.08.2025, 19:01
AZ EN
27.12.2024, 17:28 208

Qubadlı RİH-i yanında İctimai Şuranın növbəti iclası keçirilib

XƏBƏRLƏR
  • Bu gün Qubadlı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və üzvlərinin, İcra Hakimiyyəti Aparatı əməkdaşlarının iştirakı ilə, ictimai şuranın 2024-cü il ərzində gördüyü işlər və 2025-ci il üçün qarşıda duran vəzifələr barədə növbəti iclası keçirildi.

İclasda İctimai şuranın əhəmiyyətinin artırılması, Şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai şuraların fəaliyyəti ilə maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, rəsmi internet səhifələrində işıqlandırılması və carı məsələlər müzakirə olundu. Aparılan müzakirələr zamanı ictimai şura üzvlərinin təklifləri dinlənildi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər