Səhiyyə Nazirliyi Cəbrayıl rayonunda 150 çarpayılıq xəstəxananın tikintisi ilə bağlı hazırlıqlara başlayıb.
"Vətən səsi" xəbər verir ki, nazirlik Cəbrayıl rayon mərkəzində fəaliyyət göstərəcək tibb müəsisəsinin tikintisini həyata keçirəcək şirkətin seçilməsi məqsədilə tender elan edib. Artıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin I mərhələsi üzrə tenderin nəticələri də məlumdur. Belə ki, “El-Seym İnşaat” QSC Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin I mərhələsi üzrə tenderin qalibi olub. Tenderin şərtlərinə uyğun olaraq Səhiyyə Nazirliyi tibb müəssisini tikntisini həyata keçirmək üçün adı çəkilən şirkətlə 17 milyon 328 min 200 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, “El-Seym İnşaat” QSC 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 152 000 AZN təşkil edir.
Elxan SALAHOV