28.12.2024, 05:00
AZ EN
27.12.2024, 08:00 170

Ucar rayonunda Xocalı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2024-cü ilin dekabr ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 26 dekabr 2024-cü il tarixində Ucar rayonunda keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 250 ailəlik qəsəbədə məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.  

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.

Səyyar görüş-qəbulda 15 nəfər iştirak etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər