Bu sözləri jurnalistlərə açıqlamasında Şuşaya köçən sakin Həsən Zülfiqarov söyləyib. Şuşaya geri qayıdacağına hər zaman inandığını deyən keçmiş məcburi köçkün bir vaxtlar orada döyüşdüyünü bildirib.
“Şuşanın azad edilməsində canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzulayıram. Azərbaycan xalqı, dövləti hər zaman var olsun”,- deyə o vurğulayıb. (AZƏRTAC)