24.04.2025, 14:19
AZ EN
15.08.2024, 08:26 327

Onlar Qarabağ Univeristetinin ilk tələbələri olmaq imkanını qazananlardır

XƏBƏRLƏR
  • Çətin mərhələni uğurla adlayıb ixtisas seçimi edən abituriyentlər arasında Xankəndidə yerləşən Qarabağ Universitetinin ilk tələbələri olmaq imkanını qazanan tələbələr də var.

Abituriyent, Əli Namazov:

-Mən II qrup üzrə imtahan vermişəm və ümumi olaraq da son 415 bal toplamışam. Valideyinlərimin də məsləhəti və qərarı əsasında Qarabağ Universitetinə seçim eləmişəm, ilk sıralara yazmışam.

Abituriyent, Əlizadə Aysel:

-Riyaziyyat informatika yönlü I qrup üzrə imtahan vermişəm. 464 bal toplamışam ümumi. Əvvəl seçimim öz şəhərimdə Gəncədə olan universitetlər idisə, indi bizimlə Təhsil İdarəsi tərəfindən keçirilən görüşlərdən sonra tam əminliklə qərar verdim ki,  Qarabağ Universitetinə verməliyəm. Oranın şagirdlər üçün verdikləri qərarlar həqiqətən də çox gözəldi. Mən də oranın ilk qurucu tələbələrindən olmaq istəyirəm.

İxtisas seçimi olan abituriyentlərə valideynləri ilə yanaşı, mütəxəssislər də yardım edirlər. Bunun üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Gəncə, Göygöl, Samux, Daşkəsən və Goranboyda  5 mərkəz yaradılıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri, Sevinc Quliyeva:

-Mərkəzlərimizdə Qarabağ Universitetinin ixtisaslarını seçən abituriyentlərimizə həm məsləhət, həm də ixtisas seçimini həyata keçiririk.  Hər bir mərkəzdə fəaliyyət göstərən əməkdaşımız Gəncə Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Mərkəzi tərəfindən təlim almış, maariflənmiş və mütəxəssislərdir. Əlbəttə ki, seçimdə abituriyentlər və onların valideynləri ilə birgə istək və arzularını nəzərə alaraq Qarabağ Universitetinin ixtisasları seçilir.  Qarabağ Universitetinin ixtisaslarını seçəndən sonra  ballarına uyğun digər şəhər və rayonların universitetlərin ixtisaslarını da  seçirlər. Elə abituriyent var, deyir ki, yalnız Qarabağ Universitetində təhsil almaq istəyirəm.

Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və  sosial elmlər, mühəndislik, incəsənət, turuzm olmaqla, 6 fakültə 25 ixtisas üzrə bakalavr səviyyəsində tələbə qəbulu həyata keçiriləcək. Tələbələr dövlət sifarişi ilə təhsil alacaq,  yataqxana ilə təmin olunacaqlar. Onlara təqaüd veriləcək. Yüksək bal toplayanlar isə  əlavə təqaüdlər alacaqlar.

Abituriyent, Nigar Babaşova:

-II qrup üzrə ixtisas seçimləri  etməyə gəlmişəm. Seçimim Qarabağdı. Qarabağ Universitetində yaxşı şərait olduğu üçün  buranı seçmək istəyirəm. Hər bir tələbəyə də uğurlar arzulayıram.

Valideyn, Xəyal İbrahimov:

-Biz də bir valideyn kimi bura gəlmişik. Övladımız I qrup üzrə seçim imtahanı edir. Bizim də əsas məqsədimiz birinci növbədə Qarabağ Universitetini nəzərdə tutmuşuq.

Qeyd edək ki, tələbələrin İKT və xarici dil biliklərini artırmaq üçün əlavə intensiv xarici dil və kompüter dərsləri keçiriləcək. Bütün  imkanlar abituriyentlərin  seçiminə təsir edir. Onlar da yaradılan şəraitdən faydalanmaq istəyirlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər