Bu barədə işğaldan azad edilmiş ərazilərə səfər edən BƏƏ-dən olan Çadi Salloum deyib.
“Bu yerləri görmək həqiqətən gözəldir. Bu yollardan keçib gəlmək şərəfdir. Azad edilmiş ərazilərdə xeyli dağıntı var. Əlbəttə ki, bu, təəssüf doğurur. Lakin müharibənin iç üzü belədir. Ancaq ərazidə çox işlər görülüb. Buranın insanları və mətbəxi isə möhtəşəmdir”, - səyyah qeyd edib. (APA)