Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur...
Hərbçi yoldaşları danışırlar ki, Şəhriyar hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, təlimlərdə olar, iştirak edə bilməz. O, hərbi xidmətini də öz istəyilə ön cəbhədə çəkib.
"Həmişə deyirdi ki, "mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Müharibənin başlamasını və özünün orada iştirak etməsini arzulayırdı". Bunu 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.
Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, o, Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub: "Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 13-də isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq şəhid olub".
Onun 4 və 5 yaşlarında iki qız övladı Vətənə əmanət qalıb.
Qəhrəmanımız təkbaşına 32 erməni əsgərini məhv etmişdir.
Gizir Şəhriyar Abdullayev ölümündən sonra
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə, "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ