Bununla əlaqədar BMT tərəfindən yoxsulluğun kökünün kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ də yoxsulluq həddində yaşayanların sayı azalmır.
Dünya iqtisadiyyatı bu gün sürətlə inkişaf edir və insanlar daha yüksək həyat səviyyəsi ilə öyünə bilərlər. Ancaq yoxsulluq bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Çünki yoxsulluq təkcə yüksək təhsil almağa və səhiyyəyə pul çatışmazlığı ilə deyil, həm də rahat mənzil və layiqli iş yerinin olmaması ilə ölçülür. Dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə ictimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir.
Hazırladı: Mina RƏŞİD