Bəs nəyə görə həm ölkə daxilində, həm də ölkə xaricində yaşayan ermənilər Əsədin çarxının dönməsinə üzülməlidir. Çox uzağa getməyək, 44 günlük Vətən müharibəsində belə bir xəbər farş oldu. Suriyada təlim görmüş erməni yaraqlıları torpaqlarımıza döyüşmək üçün göndərilib. Üstəlik faktiki terrorçu olan bu insanlar Suriyada, Liviyada yaşayan sadə, məzlum erməni ailələri kimi təqdim olunurdu. Qısacası Suriya erməni terror təşkilatlarının hərbi batalyonlarının fəallıq göstərdiyi bir coğrafiya idi. Ekspertlər bildirir ki, bu terrorçuların Əsəd rejimi Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi var idi. 90 mindən çox Suriya ermənisinin Azərbaycanın o vaxtki işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demokrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsidir. Çünki Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də haqlı olan Pakistan deyil, Hindistanı dəstəkləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan da Əsəd hakimiyyəti dövründə bu ölkəylə sıx əlaqədə olub. Paşinyanın iddiasına görə əsirlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan Suriya dostluğu daha da möhkəmləndirilməliydi. Suriyanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsi Ermənistanla bağlı qətnamələrə mane olmaq cəhdləri də unudulmayıb. Onu da qeyd edək ki, Suriya Yaxın Şərqdə qondarma Erməni soyqırımını tanıyan tək-tük ölkələrdən biridir.
Günel QULİYEVA