01.06.2025, 16:59
AZ EN
26.07.2024, 09:00 357

"Şuşa adam"... Şuşada evi olan adam...

XƏBƏRLƏR
  • "Heç ağlıma gəlməzdi ki, Şuşa deyəndə Şuşa ağrılı müasir yaradıcılarımızdan gözümün önünə ilk gələn, fəaliyyətini və yaradıcılığını, Şuşa yanğılı açıqlamalarını daim izlədiyim Kərim Kərimli ilə ilk dəfə məhz Şuşada rastlaşacağam".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşaya səfərində tanınmış şair-publisist Kərim Kərimli ilə görüşdən təsirləndiyini sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.

Bahar xanım qısa, lakin çox anlamlı bir görüş olduğundan bəhs edib: "Kərim Kərimli

Həyat yoldaşı Vəsilə xanımla məni tanış etdikdən sonra İlk söylədiyi bu sözlər oldu."Bahar xanım, unutmayın ki, burada bir eviniz var, indi sizi dəvət etməklə yanaşı, növbəti gəlişlərinizdə də gözləyirik," dedi.

Kənarda dayanan digər həmvətənlərimizlə də ayaqüstü şöhbətləşmək üçün tez vidalaşmalı olduq.

Zalı tərk edərkən isə əlində kitabı  yenidən geri döndüyünü gördüm.

Yazmaq üçün vaxtı olmadığından üzrxahlıq elədi. Amma telefonun yaddaşına bu şəkli köçürə bildik.

Təşəkkürlər, Kərim Kərimli!

Bir çoxları ücün şair, publisist, mənim üçünsə "ŞUŞA ADAM"... Şuşada evi olan adam..." , - deyə Bahar Muradova vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər