25.04.2025, 13:54
AZ EN
18.03.2024, 07:38 351

Füzuli sakini: Ən böyük arzum Novruz bayramını doğma yurdumda qeyd etmək idi

XƏBƏRLƏR
  • Doğma yurdumuza qayıdırıq və mən də bu qayıdışın sevincini yaşayıram. Çox təəssüf ki, atam bu günləri görmədi. Vətən deyib dünyasını dəyişdi. Ancaq nə xoşdur ki, bu gün onun yadigarı olan bizlər doğma yurdumuza qayıdırıq.

Bu sözləri martın 18-də Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Almaz Cəfərova deyib.

Qeyd edib ki, ən böyük arzularından biri Novruz bayramını Füzulidə qeyd etmək olub. İndi onun bu arzusu reallaşır.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər